BMT və UNİCEF nümayəndələri Qərbi Azərbaycan əyalətinin Xoy mahalında baş verən zəlzələ nəticəsində dağılmış bölgələrə səfər ediblər. Azadmedia.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Belə ki, onlar zəlzələdən zərər çəkən azərbaycanlılarla görüşüb, onların vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, yanvarın 28-i Xoy şəhərində baş verən 5.9 bal gücündə zəlzələdə 13200 ev xəsarət alıb, 130 min nəfər çadır düşərgələrinə yerləşdirilib. Zərər çəkənlərin bir çoxu hələ də çadırlarda yaşayır. Onlara evlərinin bərpa ediləcəyi ilə bağlı vədlər yerinə yetirilməyib
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.