ABŞ dövlət katibi Entoni Blinken Ər-Riyadda Səudiyyə şahzadəsi Məhəmməd bin-Salmanla görüşündə deyib ki, Vaşinqton Fələstin-İsrail münaqişəsinin qızışmasının qarşısını almağa çalışır. Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub. Qeyd edək ki, “Dövlət katibi ABŞ-ın HƏMAS-ın terror hücumlarını dayandırmaq, bütün girovların azad edilməsini təmin etmək və münaqişənin genişlənməsinin qarşısını almaq üçün sarsılmaz öhdəliyini vurğulayıb”, - deyə bəyanatda bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.