ABŞ Aralıq dənizinin şərqinə “USS Eisenhower” adlı ikinci təyyarədaşıyan gəmi göndərib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı – CENTCOM bəyanatında belə yazılır: “Müdafiə naziri Lloyd Ostin “USS Eisenhower”ə bu həftənin əvvəlində bölgəyə gedən “USS Gerald R. Ford” təyyarədaşıyıcısına qoşulmağı əmr etdi. Azadmedia.az TRT-yə istinadən bildirir ki, ABŞ müdafiə naziri Lloyd Ostin bu qərarı İsrailə qarşı aqressiv hərəkətlərin qarşısını almaq və “Həmas”ın İsrail ərazisinə hücumundan sonra daha böyük müharibəni qızışdırmaq cəhdləri ilə izah edib: “ABŞ-ın hərbi mövcudluğunun bu şəkildə genişləndirilməsi bizim İsrailin təhlükəsizliyini təmin etmək üçün güclü öhdəliyimizi və dövlətlərin və ya qrupların bu müharibəni qızışdırmaq cəhdlərinin qarşısını almaq istəyimizi nümayiş etdirir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.