HƏMAS-ın hücumu nəticəsində 155 nəfər girov götürülüb. Azadmedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Haqari deyib.
Belə ki, onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS və "İslami-Cihad" hərəkatının İsrailə kütləvi hücumu baş verib. Nəticədə yüzlərlə israilli ölüb və yaralanıb, həmçinin girov götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.