İranın BMT-dəki nümayəndəliyinin HƏMAS-İsrail konflikti ilə bağlı bəyanatı yanlış anlaşılıb.
Bu barədə İran XİN-in sözçüsü Nasir Kənani deyib.
“İranın BMT-dəki daimi nümayəndəsinin İsrailin İrana hücum etmədiyi təqdirdə Tehran rejiminin HƏMAS və İsrail arasında müharibəyə qarışmayacağına dair sözləri natamam və qeyri-dəqiq anlaşılıb. İran həmişə HƏMAS-ın dəstəkçisidir”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 15-də İranın BMT-dəki Daimi Nümayəndəliyi “Təl-Əviv İran ərazisinə hücum etmədiyi, Fələstin müqavimət cəbhəsi özünü müdafiə edə bildiyi müddətcə, İsrailin Qəzzada mümkün quru əməliyyatına müdaxilə etməyəcəyək” məzmunlu bəyanat yayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.