AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Milli Qəhrəman Səfəralı Məmmədovun Xatirəsini yad ediblər - Foto

  • + A
  • - A
  • 16-10-2023, 17:33

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Milli Qəhrəman Səfəralı Məmmədovun Xatirəsini yad ediblər -



    Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Milli Qəhrəman Səfəralı Məmmədovun anadan olmasının 60-cı ildönümü münasibətilə onun büstünü ziyarət edib, özünə tər güllər düzərək əziz xatirəsini yad ediblər.

    Azadmedia.az Asiya.az-a istinadən xəbər verir ki, Daxili işlər orqanlarında xidmət etmiş Səfəralı Məmmədov Vətən uğrunda gedən döyüşlərdə iştirak edib, şücaəti ilə fərqlənib. O, 1992-ci ilin fevral ayının 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini azğınlaşmış erməni dəstələrindən xilas edən zaman döyüşərək şəhid olub.

    Polis əməkdaşları Səfəralı Məmmədovun həyat və döyüş yolunun hər bir gənc polis əməkdaşı, eləcə də Azərbaycan gənci üçün örnək olduğunu, Milli Qəhrəmanın əziz xatirəsinin daim ehtiram ilə xatırlanacağını bildiriblər.

    Çıxış edənlər bu gün Səfəralı Məmmədovun ruhunun şad olduğunu, uğrunda döyüşərək canını fəda etdiyi Vətən torpaqlarının artıq işğaldan azad olunduğunu və həmin torpaqlarda Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən şanlı bayrağımızın ucaldıldığını bildiriblər.

    Qeyd edək ki, S.Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərindəki küçələrdən birinə, cəsur döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib. Oxuduğu məktəbin həyətində büstü qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis” adlı sənədli film çəkilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR