Qırğız Respublikasının paytaxtı Bişkekdə Ala-Arça dövlət iqamətgahında terrorizmə və ekstremizmə qarşı mübarizə üzrə birinci konfransı keçirilir.
Azadmedia.az “24.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildirilib.
Belə ki, həmin məlumata görə, tədbiri giriş sözü ilə açan milli təhlükəsizlik üzrə dövlət komitəsinin sədri Kamçıbek Taşiyev qeyd edib ki, Qırğızıstan MDB-nin təsisçi dövlətlərindən biri kimi yeni platformanın yaradılmasında fəal iştirak edib: “Məqsədi qabaqcıl təcrübə, müasir çağırış və təhdidlərə qarşı mübarizə, ümumi tədbirlərin işlənib hazırlanması, qarşılıqlı etimadın və regional təhlükəsizliyin möhkəmləndirilməsi və ölkələr arasında konstruktiv münasibətlərin və dostluğun inkişafı üzrə biliklər mübadiləsidir”.
Qeyd olunub ki, Əfqanıstan və Suriyadakı qeyri-sabit vəziyyət beynəlxalq terror və ekstremist təşkilatların ideoloji, cəlbetmə və təbliğat fəaliyyətinin aktivləşməsinə şərait yaradır: “Qırğızıstan terrorizmlə fəal mübarizə aparır. Mən inanıram ki, başqa ölkələrlə birgə mübarizəyə təkan verəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.