Pentaqon təxminən 2 min hərbçiyə İsraili dəstəkləmək üçün mümkün fəaliyyətlərə hazırlaşmağı əmr edib.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici media ABŞ Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb. Belə ki, Pentaqon əmin edib ki, ABŞ ordusu hərbi əməliyyatlarda iştirak etməli olmayacaq - onların funksiyaları məsləhətləşmə və tibbi yardım göstərməkdən ibarətdir. Həmçinin məlumata görə, söhbət həm Yaxın Şərqdə, həm də ondan kənarda, o cümlədən Avropada yerləşən hərbi personaldan gedir.
Qeyd edək ki, amerikalı hərbçilərin hansı şəraitdə və hansı vaxt çərçivəsində münaqişə zonasına köçürülə biləcəyi hələ aydın deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.