ABŞ prezidenti Co Baydenin oktyabrın 18, ya 19 tarixində İsrailə səfəri gözlənilir. Bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb. Məlumata görə, hazırda yəhudi dövlətində ABŞ liderinin səfərinə aktiv hazırlıq gedir. Azadmedia.az xəbər verir ki, oktyabrın 15-də İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Co Baydeni İsrailə “həmrəylik səfəri”nə dəvət edib.
Belə ki, bu ərəfədə ABŞ-ın dövlət katibi Entoni Blinken Yaxın Şərq turnesindən sonra yenidən İsrailə qayıdıb. “The Washington Post” qəzetinin yazdığına görə, o, Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu, prezident İshaq Hersoq, müdafiə naziri Yoav Qalant və müxalifətin lideri, sabiq baş nazir Yair Lapidlə görüşəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.