ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail və Fələstin arasında davam edən qarşıdurmaların 11-ci günündə Orta Şərqə mümkün göndərilmə üçün 2000 hərbçinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.
Azadmedia.az xəbər verir ki, Pentaqonun verdiyi açıqlamada, ABŞ müdafiə naziri Lloyd Austinin yerləşdirmə əmrinə hazırlıq üçün təxminən 2 min şəxsi və bəzi əsgərləri "yüksək hazırlıq" vəziyyətinə gətirdiyi qeyd edilib.
Belə ki, açıqlamada hazırda hər hansı bir qoşun yeridilməsi ilə bağlı qərarın verilmədiyi vurğulansa da, Austinin bu mövzuda vəziyyəti qiymətləndirməyə davam edəcəyi, müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayacağı bildirilib.
Həmçinin qeyd olunub ki, Austin ABŞ Dəniz Qüvvələrinin Avropa-Afrika/Altıncı Donanma əməliyyat sahəsindəki "USS Gerald R. Ford" komandasının missiyasının uzadılmasını təsdiqləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.