Türkiyənin qarşıdakı 5 il üçün yol xəritəsini müəyyən edən 12-ci İnkişaf Planını tamamladıq.
Bu barədə prezident Rəcəb Tayyib Erdoğan özünün rəsmi "X" hesabında paylaşım edib.
"Sağlam düşüncə ilə, qeyri-hökumət təşkilatları, peşəkar təşkilatlar və iş dünyasının töhfələri ilə hazırladığımız 12-ci İnkişaf Planını bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) ixtiyarına verəcəyik. 5 illik inkişaf planı, 5 əsas oxdan ibarətdir - ixtisaslı insanlar, güclü ailə, sağlam cəmiyyət, sabit inkişaf və güclü iqtisadiyyat, yaşıl və rəqəmsal transformasiya ilə rəqabətədavamlı istehsal, fəlakətlərə davamlı yaşayış sahələri, davamlı mühit, ədalətə əsaslanan demokratik idarəetmə",- deyə Erdoğan paylaşımda bildirib.
12-ci İnkişaf Planı dövründə orta hesabla beş faiz sabit və balanslı bir böyümə hədəflədiklərini ifadə edən dövlət başçısı Erdoğan deyib ki, biz 2028-ci ilə qədər 1 trilyon 589 milyard dollar milli gəlirə, 17 min 554 dollara adambaşına düşən gəlirə çatmağı hədəfləyirik. Hər il orta hesabla üç faiz məşğulluq artımı təmin edərək, dövr sonunda işsizliyin 7,5 faizə enməsini nəzərdə tuturuq. 2028-ci ilin sonuna qədər inflyasiyanın daimi olaraq təkrəqəmli və 4,7 faiz səviyyəsinə endirilməsini hədəfləyir, dövləti və milləti Türkiyenin yeni əsrinə aparan yolda istiqamətləndirəcək 12-ci İnkişaf Planının xeyirli olmasını diləyirik.
Prezidentlik Hökumət Sisteminin ikinci inkişaf planı olan və 2024-2028-ci illəri əhatə edən 12-ci İnkişaf Planı prezident Erdoğanın təsdiqindən sonra Türkiye Böyük Millət Məclisinin sədrliyinə təqdim edilib. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.