Fələstin probleminin ədalətli və qalıcı həlli üçün müsəlman ölkələrinin atacağı yeni üsullara və konkret addımlara ehtiyac var. Azadmedia.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, Ciddədə İƏT İcraiyyə Komitəsinin Xarici İşlər nazirləri səviyyəsində keçirilən iclasda iştirakı zamanı deyib.
Qeyd edək ki, "Qəzzada elektrik, yanacaq, qida və suyun kəsilməsi, dinc əhalinin, hətta məscidlərin və xəstəxanaların bombalanmasının heç bir halda bəhanəsi yoxdur. Baş verənlər bir daha göstərir ki, İslam dünyası birlikdə düşünməli, danışmalı və birlikdə hərəkət etməlidir",- deyə Hakan Fidan bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.