AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Yasamal rayon təşkilatında İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 illiyi qeyd olunub - FOTOLAR

  • + A
  • - A
  • 18-10-2023, 19:30

    YAP Yasamal rayon təşkilatında İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20  illiyi qeyd olunub -



    Bakı, 18 oktyabr — Azadmedia.az


    Yasamal rayonunda İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 illiyi qeyd olunub.

    Azadmedia.az xəbər verir ki, prezident İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin iyirmi illiyi münasibətilə bu gün Yasamal rayonunda təntənəli tədbir keçirilib.

    Belə ki, tədbirdə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Rayon İcra hakimiyyəti nümayəndələri, deputat Ülvi Quliyev, ictimai fəallar və media nümayəndələri iştirak ediblər.

    Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında baş tutan tədbirdən öncə iştirakçılar Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar, Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Prezidentin fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi olub. Tədbirdə çıxış edən iştirakçılar Prezident İlham Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən danışıblar.

    Deputat Ülvi Quliyev vurğulayıb ki, “Təbii ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik inkişaf dövrü kimi daxil olub. Ölkəmizdə bütün sahələrdə böyük uğurlar, qürurverici qələbələrə nail olunub. Dövlətimizin zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu uğurların təməlində əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin başladığı və Ali Baş Komandan Prezident İlham Əliyevin inamla davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.”

    Sonda xatirə şəkili çəkdirilib.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR