Qəzza zolağında yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanaya hücumda İsrailin əli yoxdur.
Azadmedia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Tel-Əvivdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşündə bildirib.
Belə ki, “Gördüklərimə görə, bunu siz (İsrail) yox, qarşı tərəf edib. Lakin bir çox insanlar buna əmin deyillər”, - deyə Amerika lideri deyib.
Qeyd edək ki, Ağ Evin rəhbəri tibb müəssisəsində baş verən partlayışdan dərin kədərləndiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.