İtaliya Avropa və Yaxın Şərqdəki son hadisələrlə əlaqədar olaraq Sloveniya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirir. Azadmedia.az xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Piantedosi ilə sloveniyalı həmkarı Bostyan Poklukar arasında razılıq əldə olunub.
Qeyd olunur ki, oktyabrın 21-dən etibarən İtaliya ilə Sloveniya arasında müvəqqəti sərhəd nəzarəti tətbiq olunacaq. Həmçinin məqsəd terrorizmin və mütəşəkkil cinayətkarlığın qarşısının alınmasıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.