Pakistanın hakimiyyət orqanları oktyabrın sonunadək bütün qanunsuz mühacirləri ölkədən çıxaracaq.
Azadmedia.az xəbər verir ki, bunu Pakistanın Bəlucistan əyalətinin müvəqqəti hökumətinin informasiya naziri Yan Açakzay deyib.
Qeyd edək ki, “Pakistan müvafiq sənədləri olmadan ölkədə yaşayan bütün xarici vətəndaşların deportasiya edilməsi barədə yekun qərar qəbul edib. Biz oktyabrın 31-dək onların ölkələrinə qayıtmasını təmin etməyə çalışacağıq”, - deyə nazir bildirib. Onun sözlərinə görə, BMT-nin qaçqınların işi üzrə Ali komissarlığında qeydiyyatdan keçən şəxslər sonrakı qərara qədər Pakistanda qalacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.