Rusiya sülhməramlıları son 24 saat ərzində Azərbaycanın Qarabağ bölgəsində yol təhlükəsizliyini təmin etmək üçün 10 post yaradıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün 10 post, o cümlədən beşi Azərbaycan tərəfi ilə birgə yaradılıb”, - Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan Əsgəran, Ağdər, həmçinin Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Qeyd olunur ki, Rusiya sülhməramlıları da Qarabağın məskunlaşmış ərazilərinin elektrik enerjisi və qaz təchizatının bərpası işlərinə cəlb olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.