"Qəzzada bəşər tarixinin ən ağır faciələrindən biri baş verir. İsrail qadın və uşaq da daxil olmaqla günahsız dinc əhalini qətlə yetirir. Xəstəxanaları, məktəbləri və ibadət yerlərini bombalayaraq hərbi cinayətlər törədir.
Bunu "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar sosial şəbəkə hesabında yazıb.
"BAYKAR olaraq Qəzza xalqı üçün 280 milyon lirə humanitar yardım etməyə hazırıq. Biz bütün bəşəriyyəti Qəzzada törədilən qırğınları dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirik. Susmaq bu qırğınlara tərəf olmaq deməkdir", - deyə Bayraktar bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.