AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin gərginliyinin həlli mümkün deyil - Quttereş

  • + A
  • - A
  • 20-10-2023, 14:00

    Müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin gərginliyinin həlli mümkün deyil -


    Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş beynəlxalq qərarlar və tərəflər arasında əldə olunan razılaşmalar çərçivəsində müstəqil Fələstin dövləti qurulmadan İsrail-Fələstin gərginliyinin həllinin mümkün olmadığını bildirib. Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Antonio Quterreş Misirin paytaxtı Qahirədə bu ölkənin xarici işlər naziri Samih Şükri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Həmçinin İsrail-Fələstin böhranının Oktyabrın 7-də HƏMAS-ın həyata keçirdiyi və İsrailin Qəzzanı tam mühasirəyə alması və dinc əhaliyə qarşı amansız bombardmanlara səbəb olan hücumları ilə başladığını bildirən Antonio Quterreş həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqlar olduğunu vurğulayıb.
    Beynəlxalq humanitar hüquqa hörmət edilməsinin vacibliyini bir daha vurğulayan Antonio Quterreş deyib: " Xəstəxanaya, məktəbə və ya BMT obyektinə hər hansı hücum qadağandır və beynəlxalq hüquqa ziddir".
    Belə ki, ikitəcili humanitar aksiya ilə bağlı çağırış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş deyib:
    "HƏMAS girovları dərhal və qeyd-şərtsiz azad etməli, İsrail Qəzza zolağına humanitar yardımların daxıl olmasına icazə verməlidir. Mən açıq şəkildə deyirəm ki, Fələstin xalqının 56 illik işğalından sonra haqlı və dərin şikayətləri var."


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR