Avropa Parlamenti (AP) İsrail və Misiri Qəzzaya humanitar dəhliz açmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlığa çağırıb. Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, AP Baş Assambleyasında keçirilən səsvermədə İsrail-Fələstin münaqişəsi ilə bağlı qətnamə layihəsi qəbul edilib. Belə ki, 21 deputatın əleyhinə, 500 deputatın müsbət səsi ilə qəbul edilən qətnamə layihəsində millət vəkilləri "Həmas"ın İsrailə qarşı "mənfur terror hücumlarını" pisləyib və Qəzzada humanitar vəziyyətlə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Həmçinin millət vəkilləri "terror təşkilatı "Həmas"ın məhv edilməsinin" vacibliyini vurğulayaraq, "Həmas" tərəfindən oğurlanan bütün əsirlərin dərhal azad edilməsini istəyiblər.
Bundan əlavə, İsrailin özünümüdafiə hüququnu "beynəlxalq hüquqda nəzərdə tutulan və məhdud" olaraq müdafiə etdiklərini bildirən millət vəkilləri "İsrailin hərəkətlərinin beynəlxalq humanitar hüquqa ciddi şəkildə uyğun gəlməsini" ifadə ediblər.
Qeyd edək ki, millət vəkilləri hərbi əməliyyatları “humanitar olaraq dayandırmağa” çağıraraq, mülki şəxslərə və mülki infrastruktura, o cümlədən BMT əməkdaşlarına, tibb işçilərinə və jurnalistlərə hücumun beynəlxalq hüququn ciddi şəkildə pozulması olduğunu vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.