Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında casusluq məqsədilə edilmiş kiberhücumunun qurbanı olub. Azadmedia.az xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir. Belə ki, BCM təxminən beş həftə əvvəl ciddi kibertəhlükəsizlik insidenti olduğunu müəyyən edib. Məhkəmədən qeyd ediblər ki, mövcud sübutlar casusluq məqsədilə məqsədyönlü və mürəkkəb hücuma işarə edir. Əlavə edilib ki, bu əməl məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər.
Qeyd olunur ki, “Mövcud olan məlumatlara əsasən, məhkəmə hazırda hücuma görə kimin məsuliyyət daşıdığını müəyyən edə bilmir. Niderlandın hüquq-mühafizə orqanları hazırda cinayət işi üzrə araşdırma aparır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.