AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NATO ölkələri Qara dənizdə ərazi sularını minalardan təmizləmək üçün əməliyyat keçirəcək - Taqarev

  • + A
  • - A
  • 20-10-2023, 22:53

    NATO ölkələri Qara dənizdə ərazi sularını minalardan təmizləmək üçün əməliyyat keçirəcək -


    Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə ərazi sularını minalardan təmizləmək üçün tezliklə birgə əməliyyat keçirməyi planlaşdırır.
    Azadmedia.az xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev Sofiyada keçirilən beynəlxalq konfransda bildirib. Onun sözlərinə görə, əməliyyat Qara dənizdəki üç dövlətin ərazi suları ilə məhdudlaşacaq, Ukrayna sahillərində minalardan təmizlənməsi üzrə iş gözlənilmir.
    Xatırladaq ki, sentyabrda NATO ölkələri Rumıniyada dəniz minalarına qarşı mübarizə təlimləri keçirib. Qara dəniz və Dunay deltasında keçirilən təlimlərdə Bolqarıstan, Böyük Britaniya, Rumıniya, ABŞ, Türkiyə, Ukrayna və Fransadan iki yüzdən çox hərbi dənizçi iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR