AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ İsraildən Hizbullaha hücumları genişləndirməməyi istəyib - KİV

  • + A
  • - A
  • 22-10-2023, 15:09

    ABŞ İsraildən Hizbullaha hücumları genişləndirməməyi istəyib -



    ABŞ İsraildən Hizbullaha hücumları genişləndirməməyi istəyib. Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
    Belə ki, Vaşinqton İsrailin Livanda Hizbullah qruplaşmasına qarşı hücumlarının genişlənməsinin onun HƏMAS-a qarşı hazırda davam edən müharibəyə qoşulması üçün bəhanə olacağından ehtiyat edir.

    Həmçinin "İsrail iki cəbhədə müharibə apararsa, həm ABŞ, həm də Hizbullah yaraqlılarını dəstəkləyən İran münaqişəyə cəlb oluna bilər", - bildirilib.

    Qeyd olunub ki, Hizbullaha qarşı qabaqlayıcı zərbənin əsas tərəfdarlarından biri bu qrupun HƏMAS-dan daha böyük təhlükə yaratdığına inanan və İsrailin hərbi səylərinin xüsusi olaraq Livandakı düşmənə yönəldilməsini müdafiə edən müdafiə naziri Yoav Qallant olub. Lakin Baş nazir Benyamin Netanyahu bu fikri dəstəkləməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR