Kanada Müdafiə Nazirliyinin kəşfiyyatı İsrailin Qəzza zolağındakı “Əl-Əhli” xəstəxanasını vurmadığına inanır.
Azadmedia.az xəbər verir ki, bunu Kanada milli müdafiə naziri Bill Bler deyib.
Belə ki, nazirin sözlərinə görə, Baş nazir Castin Trudo ondan Kanada Silahlı Qüvvələrinə partlayışla bağlı müstəqil araşdırma və təhlil hazırlamağı tapşırmasını istəyib: “Kanada Silahlı Qüvvələrinin Kəşfiyyat Komandanlığı tərəfindən müstəqil şəkildə aparılan təhlil yüksək dərəcədə əminliklə göstərir ki, İsrail 17 oktyabr 2023-cü ildə xəstəxanaya zərbə endirməyib. Daha çox ehtimal olunan ssenari zərbənin səhvən Qəzzadan atılan raketlə həyata keçirilməsidir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.