Küveyt İsrailin oktyabrın 7-dən bombardman etdiyi, blokadada olan Qəzza zolağında yaşayanlara dəstək olmaq üçün hava körpüsü qurur.
Küveytin rəsmi agentliyi KUNA-nın məlumatına görə, ölkənin xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabah Qəzza zolağında fələstinlilərin yükünü yüngülləşdirmək üçün hava körpüsünün qurulduğunu və 23 oktyabrdan etibarən yardım əməliyyatlarının başlayacağını açıqlayıb.
S.Sabah qeyd edib ki, sözügedən dəstəyin məqsədi İsrailin “öldürücü təcavüzü”nün nəticələrini azaltmaqdır. O bildirib: “Küveyt hava körpüsü çərçivəsində oktyabrın 23-dən etibarən təcili tibbi yardım və ləvazimatlarla yanaşı, humanitar dəstək təyyarələri Misirin Ariş şəhərinə, oradan da yardımlarla Qəzza zolağına gedəcək. Yardımlar bu həftə hər gün göndəriləcək”. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.