Avropa İttifaqı (Aİ) İsrail-Fələstin probleminin iki dövlətli həllinə nail olmaq məqsədilə Yaxın Şərq Sülh Prosesini canlandırmaq səylərini artırmağı düşünür.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell İsrail-Fələstin münaqişəsi ilə bağlı bloq yazısında Avropa İttifaqının məsələ ilə bağlı mövqeyini dəyərləndirərək bildirib: “100 illik İsrail-Fələstin faciəsində yeni mərhələdəyik. Bu yeni dövr çox təhlükəlidir. Ona görə də beynəlxalq ictimaiyyət qlobal sülhə təhlükənin qarşısını almalıdır.
Uzun müddətdir Fələstin məsələsi yoxmuş kimi və ya problem öz-özünə həll olunacaqmış kimi davranmağa çalışdıq. Bizim də daxil olduğumuz beynəlxalq ictimaiyyət 30 yaşlı Oslo Müqaviləsinin şərtlərini yerinə yetirmədi. Oslo sazişindən bəri Fələstin dövləti bir-biri ilə əlaqəsi olmayan bölgələr labirintinə sıxışıb. İşğal olunmuş ərazilərdə İsrail mühacirlərinin sayı üç qat artıb.
Ən çətin qərarlar uçurumun qırağına çatanda verilir. Biz indi o yerdəyik.
İki dövlətli həll nə qədər uzaq və çətin görünsə də, bu, bildiyimiz yeganə həyati həll yoludur və əgər tək bir həll varsa, biz bütün siyasi enerjimizi ona nail olmağa sərf etməliyik.
Aİ-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi nümayəndəsi Sven Koopmans ilə birlikdə 2022-ci ildə Səudiyyə Ərəbistanı, Misir, İordaniya və Ərəb Birliyi ilə Yaxın Şərq Sülh Prosesi və iki dövlətli həll məsələsini canlandırmağa çalışdıq. Son hadisələrə görə bu yanaşma yenidən və dərindən nəzərdən keçirilməlidir.
Biz regionda və onun hüdudlarından kənarda tərəfdaşlarımızla səylərimizi möhkəmləndirəcəyik. TRT
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.