AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“3+3” formatında görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında söhbət olub

  • + A
  • - A
  • 24-10-2023, 07:05

    “3+3” formatında görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında söhbət olub


    Tehranda “3+3” formatında keçirilən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında söhbət olub. Azadmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranda keçirilən “3+3” formatında xarici işlər nazirlərinin görüşündən sonra deyib.

    “Tehranda keçirilən “3+3” görüşü çərçivəsində Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü Azərbaycan və Ermənistan arasında sülh və dostluq yolunda atılan addımlardan biridir. Görüş zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirləri söhbət etmək imkanı əldə ediblər. Bu görüş Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasına kömək edəcək”, - Abdullahiyan bildirib.

    Qeyd edək ki, bazar ertəsi Tehranda Azərbaycan, Rusiya, Türkiyə, İran və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin görüşü keçirilib.

    Xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdə regional əməkdaşlığın (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s.) inkişafı müzakirə olunub.

    “3+3” formatında keçirilən görüşün əsas məqsədlərindən biri regional problemlərin regiondan kənar ölkələrin iştirakı olmadan və region ölkələrinin iştirakı ilə həlli, o cümlədən sülh danışıqlarının aparılması olub. Azərbaycan və Ermənistan arasında.

    Qeyd edək ki, “3+3” formatında ilk görüş ötən il Moskvada Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR