Fransa Ermənistana hərbi müşavir göndərəcək və erməni xüsusi təyinatlılarına təlim keçəcək.
Azadmedia.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.
Belə ki, nazir tərəflərin artıq əməkdaşlığa başladığı və ya başlamaq niyyətində olduğu proqram və sahələri də sadalayıb:
“2023-cü ilin yanvarında Fransa respublikanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edib”.
Qeyd edək ki, nazir çavuş və zabit kadrları hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətdən də söhbət açıb. Lekornu Ermənistan ordusunun xüsusi təyinatlı dəstələrinin hazırlığına, xüsusən də yüksək dağ şəraitində döyüş əməliyyatlarının aparılmasına xüsusi diqqət yetirib. Erməni snayperləri də yenidən hazırlıq keçəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.