“Tesla” və “SpeysX” şirkətlərinin rəhbəri, milyarder İlon Mask Yaxın Şərq və Ukraynadakı hərbi münaqişələrin Üçüncü Dünya müharibəsinə çevrilə biləcəyini qeyd edib.
Azadmedia.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Belə ki, ABŞ-ın hərbi qüdrətinin digər qlobal güclərlə müqayisədə əvvəlki kimi olmadığını bildirib.
Qeyd edək ki, Mask eyni zamanda Ukraynada sülhün bərqərar olmasının və Rusiya ilə normal münasibətlərin qurulmasının vacibliyindən danışıb. İş adamı hazırki geosiyasi proseslərin Rusiyanı Çinlə daha böyük ittifaq qurmağa məcbur edə biləcəyini vurğulayıb, Ukrayna xalqının Rusiyaya qarşı müharibəsini ümidsiz bir vəziyyət kimi qiymətləndirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.