AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəkidə gimnaziya müvəqqəti bağlanıb - Kütləvi yayılan qızılcaya görə

  • + A
  • - A
  • 25-10-2023, 10:49

    Şəkidə gimnaziya müvəqqəti bağlanıb - Kütləvi yayılan qızılcaya görə


    Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir.

    Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

    Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan qızılca səbəbindən məktəbin bağlandığını təsdiqlədilər: “Sentyabrın 24-də Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada şagirdlərdən birində qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib. Eyni hal növbəti günlərdə digər şagirdlərdə də müşahidə olunub və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. Şəki Rayon Mərkəzi Xəstəxanasında onlara zəruri tibbi xidmət göstərilib, hər biri sağalaraq, kafi vəziyyətdə evə yazılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən təhsil müəssisəsində yaranmış mövcud vəziyyət qiymətləndirilib və akt tərtib edilib. Aktda “son xəstəlik hadisəsindən 21 gün müddətinə gimnaziyaya uşaq qəbulunun dayandırılması” qeyd olunub”.

    Hazırda gimnaziya şagirdləri distant təhsil alırlar: “Şagirdlərin yoluxmasının qarşısının alınması məqsədilə gimnaziyada dərslərin distant tədrisinə qərar verilib. Gimnaziyada zəruri dezinfeksiya işləri aparılıb. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin tövsiyəsinə əsasən, 27 oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR