AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gimnaziya yoxsa orta məktəb? - Leyla Hacıyeva

  • + A
  • - A
  • 18-08-2023, 14:08

    Gimnaziya yoxsa orta məktəb? -

    Bakı, 18 avqust — Azadmedia.az

    Gimnaziya yoxsa orta məktəb ?

    Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühim bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir. (Heydər Əliyev)


    Məlumdur ki, məktəb insanın həyatında həlledici rol oynayır, onun şəxsi, intellektual, sosial və peşəkar inkişafına əhəmiyyətli töhfə verir.
    Məktəbdə təhsilalana bilik və bacarıqlar, intellektual inkişaf, sosial bacarıqlar, mədəni maariflənmə, şəxsi inkişaf, ictimai ,sosial həyata hazırlıq, karyera imkanları, vətəndaşlıq məsuliyyətləri üzrə istiqamət verilir.
    “Məktəb ,yoxsa lisey, gimnaziyalar? ” dilemması günümüzün prioritet mövzusudur. Suala aydınlıq gətirmək üçün “gimanziyanın orta məktəblərdən fərqi nədir?” sualını qismən aydınlaşdıraq.

    Gimnaziyalar akademik və intellektual biliklərə üstünlük verən adətən akademk istedadı olan şagirdlərin təhsil aldığı orta təhsil müəssisəsi növüdür. İbtidai təhsil ( IV sinif) pilləsini tamamlayan hər bir şagird Elm və Təhsil Nazirliyinin Mərkəzləşdirilmiş qaydada həyata keçirilən qəbul prosesində iştirak edərək lisey və gimnaziyalara qəbul ola bilər. Beləliklə, təhsilini gimnaziyalarda davam etdirə bilər.

    Valideynlərin “Övladim təhsilini məktəbdə, yoxsa gimnaziyada davam etdirməli?” sualını nəzərə alaraq, bu mövzuya bəzi situasiyalarda tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərdiyim S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nümunəsində, xüsusi halda isə gimnaziyaların nizamnamə və fəaliyyətindəki dövlət tələbləri əsasında aydınlıq gətirmək istəyirəm.

    İlkin olaraq qeyd edim ki, məktəb seçimi edərkən məktəblər arasında fərqdən daha öncə övladımızın xarakterik xüsusiyyətinə, istək və maraqlarına uyğun məktəb seçimi etmək lazımdır. Cünki məktəb şagirdin şəxsi keyfiyyətlərinin formalaşmasında, şəxsiyyət kimi formalaşmasında, həmçinin akademik nəaliyyət əldə etmələrində, xüsusən ali təhsil məktəblərinə qəbul kimi bir çox məqsədlərinin həyata keçməsində əsas hədəf deyil, hədəfə aparan bir vasitədir.

    Ölkəmizdə hal - hazırda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçirilir və bu gimnaziyalar iki cürdür: Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan və olunmayan lisey və gimnaziyalar. Övladlarının orta təhsili üçün məktəb seçimi qarşısında olan valideynlərin sual və maraqlarını nəzərə alaraq, məktəb və gimnaziya arasındakı bəzi əsas fərqlərə aydınlıq gətirmək istəyirəm:

    Tədris planı: Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi tərtib edilmiş tədris planlarında əsas dərs saatlarının miqdarı orta təhsil müəssisələrinin tədris plannından fərqli olaraq bir neçə saat artıqdır. (məsələn, riyaziyyat fənninin həftəlik dərs yükünün miqdarı orta məktəblərdə 5 saatdırsa, gimnaziyada bu 7 saatdan başlayır.)


    Layihə Əsaslı Fənlərin (STEAM, Rəqəmsal bacarıqlar) keyfiyyətli tədrisindən söz açaq. Gimnaziyalarda digər məktəblərdən fərqli olaraq V, VI siniflərdə məntiq və yalnız V sinifdə isə etika dərsləri tədris olunur. İntellekt dərketmənin qanunları, metodları və formaları haqqında elm hesab edilən məntiq fənni tənqidi təfəkkürə əsaslanan elm olduğundan o, şagirdlərdə düzgün təfəkkürün formalaşmasında xüsusi rol olynayır. Habelə ənənəvi məntiq üzərində qurulmuş formal məntiq dərsləri V siniflər arasında keçirilən Lütfi Zadə adına məntiq olimpiadasında yüksək nəaliyyət göstərməsinə səbəb olur. VI sinifdə Riyazi məntiqə əsaslanaraq tədris olunan məntiq fənninin proqramı isə riyaziyyat və informatika fənn olimpiadasında, həmçinin yuxarı ( IX, X, XI ) sinif şagirdləri üçün keçirilən RFO-ya (Respublika Fənn Olimpiadasına) hazırlıq mərhələsi kimi qiymətləndirilir.

    “Davranış və etika qaydaları” fənni üzrə tədris proqramı da Təhsil İnstitutu tərəfindən hər il yenilənib təqtiqlənir. Gimnaziyalarda adətən əsas xarici dillə yanaşı, ikinci xarici dil kimi bir deyil bir neçə dil (məsələn; rus, alman, fransız dilləri) seçimi şagirdlərin və valideynlərin ixtiyarına verilir.

    Şagirdlərin akademik inkişaf dinamikasını və tədrisin keyfiyyətini ölçmək məqsədilə ildə ən az iki dəfə məktəb rəhbərliyi tərəfindən monitorinqlər , habelə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan SMİ (Səviyyə Müəyyənetmə İmtahanı) həyata keçirilir. Şagird nəaliyyətinin təhlil və müqayisələri aparılır, nəticələrdən asılı olaraq müvafiq tədbirlər həyata keçirilir.

    Gimnaziyada pedaqoji heyət iki qrupa bölünür: Fənn müəllimləri və sinif rəhbərləri. Gimnaziyada da orta ümumtəhsil məktəblərində olduğu kimi eyni dərsliklər əsasında dərs saatlarına və cədvəllərinə uyğun olaraq müvafiq fənlər peşəkar fənn müəllimləri tərəfindən tədris edilir. Onların tədris prossesinin orta ümumtəhsil məktəblərindən fərqi odur ki, tədris müassir təlim texnologiyaları əsasında aparılır.

    Sinif rəhbərləri isə heç bir fənn tədris etmirlər. Onlar Tərbiyəçi-müəllim kateqoriyasına daxil olub məktəbdə şagirdlərin tərbiyə, təhsil və inkişaf prosesini təşkil edirlər.

    Gimnaziya 7/24 açıq məktəbdir. Belə ki, qeyri ərazi məktəbi olduğu üçün məktəbdən uzaq (əsasən bölgələrdə, şəhər ətrafı kəndlərdə) məsafədə yaşayan şagirdlərə gimnaziyanın yataqxana xidmətindən istifadə etməsi üçün şərait yaradılır.
    Gimnaziya şagirdləri 7/24 xüsusi mühafizə sistemi - mühafizəçilər, güvənlik kameraları, gecə gözətçiləri, yataqxanaya aid gecə növbətçiləri, axşam və gecə dayələri tərəfindən nəzarətdədir.
    Gimnaziyada tədris bir növbəlidir. Həftə içi beş gün 8.30 dan etibarən tədris prossesinə başlanılır. Dərsləri bitəndən sonra etüd dərslərinə qalan şagirdlər yeməkxanaya, digərləri isə evlərinə ötürülür. Etüd dərsləri 17.00 da bitir, şagirdlər sinif rəhbərləri tərəfindən valideynlərə təhvil verilir.​
    Gimnaziyada psixoloq və həkim xüsusi əhəmiyyətli əməkdaş hesab olunur. Xüsusən, yataqxanada yerləşən, valideyn himayəsindən qismən uzaqlaşan, istedadlı şagirdlərə mütəmadi olaraq praktik psixoloq və həkim dəstəyi və nəzarəti göstərilir.
    Gimnaziya akademik biliklərlə bərabər təlim-tərbiyə prosesində şagirdlərə sosial bacarıqlar verən, şəxsiyyətin intellektual inkişafı, şagirdin davranışının korreksiyası baxımından əhəmiyyəti böyük olan, ünsiyyət mədəniyyətinin formalaşmasında hər bir şagirdə özünü təsdiq edə bilmək vərdişi qazandıran sosial fəaliyyəti ilə yaddaqalan təhsil, tərbiyə ocağıdır.
    Güclü nizam-intizam və nəzarət, maddi-texniki baza, inkişaf proqramları, pilot layihələr, sağlam təhsil mühiti, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri olan gimnaziyalar tarixən də elit təbəqələrin təhsil aldığı müəssisə hesab edilib.
    Azərbaycanda ilk rusdilli orta təhsil müəssisəsi 1865-ci ildə Bakıda açıldı. Sonralar Gəncədə də belə bir gimnaziya fəaliyyətə başladı. Bakıda 1874-cü ildə ilk qız gimnaziyası 1896-cı ildə isə kişi gimnaziyası fəaliyyətə başlamışdır.

    Beləliklə, yarandığı gündən bu günə qədər uğurlu inkişaf mərhələləri keçən, nüfuzlu şəxsiyyətlər yetişdirən, 150 yaşlı gimnaziya qədim tarixi həqiqətlərə, xüsusi məktəb nizamnaməsinə, dövrünün müassir tədris ənənələrinə, görə hər zaman ən yaxşı məktəb hesab edilib. Bu gün də gimnaziya təhsili yerli və xarici olimpiyadalarda şagird nəaliyyətlərinin sayına, tədrisin keyfiyyətinə, sosial fəaliyyətlərin rəngarəngliyinə, həmçinin yerli və beynəlxalq universitetlərdə abituriyent qəbulu faizinə görə bir çox məktəblərdən öndədir.

    Leyla Hacıyeva,
    Pişəvəri adına gimnaziyanın tədris işləri üzrə direktor müavini


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR