Şanxay Əməkdaşıq Təşkilatına üzv ölkələr arasında ticarət dövriyyəsi 2022-ci ildə 500 milyard dollara yaxınlaşıb. Azadmedia.az xəbər verir ki, bu rəqəm təşkilatın Baş katibi Çjan Minin üzv ölkələrin hökumət rəhbərlərinin Bişkek şəhərində keçirilən iclasının nəticələrinə dair bəyanatında yer alıb. Belə ki, “2022-ci ilin nəticələrinə əsasən, üzv ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi 500 milyard dollara çatır”, - deyə Çjan Min bildirib.
Qeyd edək ki, “Enerji və qida təhlükəsizliyi sahəsində qarşılaşdığımız yeni çağırışlar, ənənəvi istehsal və tədarük zəncirlərinin qırılması ilə müəyyən edilən bir sıra aktual sahələrdə əməkdaşlığımız yeni impuls alıb”, - deyə ŞƏT-in Baş katibi əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.