Qəzza şəhərində yaşayış binalarının yarıdan çoxu dağıdılıb, şəhər sakinlərinin 70%-dən çoxu isə köçkün düşüb. Azadmedia.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin nümayəndələri BBC-yə məlumat yayıb.
Qeyd olunur ki, Qəzzanın 35 xəstəxanasından 16-sı fəaliyyətini dayandırıb. Yeddi kilsə və 55 məscidə, həmçinin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinə aid 42 binaya ziyan dəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.