AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sudan dəhşətli humanitar böhranla ÜZ-ÜZƏ

  • + A
  • - A
  • 18-11-2023, 01:11

    Sudan dəhşətli humanitar böhranla


    Birləşmiş Millətlər Təşkilatı Sudanda münaqişənin noyabrın 7-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlardan sonra şiddətləndiyini bildirib.

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Sudandakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
    Belə ki, BMT Baş katibinin Afrika üzrə müavini Marta Pobee toplantıda üzv ölkələri məlumatlandıraraq, Ciddə danışıqlarında tərəflərin humanitar yardımla bağlı addımlarını alqışladığını bildirib. Həmçinin Pobee tərəflərin atəşkəslə bağlı danışıqlara hazır olduqları barədə bəyanatlarının əksinə olaraq sahədə vəziyyətin pisləşdiyinə diqqət çəkib:

    "Təəssüf ki, Ciddə danışıqları zamanı tərəflər atəşkəslə bağlı razılığa gələ bilməyib. Əksinə, toqquşmalar daha da şiddətlənib və Sudan dəhşətli humanitar böhranla üzləşib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR