“Türk Hava Yolları” aviaşirkəti gözlənilən əlverişsiz hava şəraiti səbəbindən noyabrın 18-də İstanbul hava limanında nəzərdə tutulan 40 reysi təxirə salıb.
Azadmedia.az xəbər verir ki, bu barədə THY-nin media müşavirliyi məlumat yayıb.
Qeyd edək ki, sərnişinlərə THY-nin internet saytındakı “uçuş vəziyyəti sorğusu” bölməsindən uçuşların vaxtını izləmələri barədə xəbərdarlıq edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.