AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu ölkə Rusiya ilə sərhədi bağlamaq qərarına gəlib - Baş nazir

  • + A
  • - A
  • 29-11-2023, 09:45

    Bu ölkə Rusiya ilə sərhədi bağlamaq qərarına gəlib -


    Finlandiya hökuməti noyabrın 30-dan dekabrın 13-dək şərq sərhədini tamamilə bağlamaq qərarına gəlib.
    Azadmedia.az Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Petteri Orpo və daxili işlər naziri Mari Rantanen noyabrın 28-də mətbuat konfransında bildiriblər.

    Belə ki, Orponun sözlərinə görə, sərhədin bağlanması müvəqqəti xarakter daşıyır və təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədardır.

    Həmçinin daxili işlər naziri Rantanen vurğulayıb ki, sərhədin tam bağlanması milli təhlükəsizlik naminə lazımdır. Onun sözlərinə görə, Dövlət Şurası şərqi sərhəddə bütün nəzarət-keçid məntəqələrinin (NKM) müvəqqəti bağlanmasına, iki həftəyə hava limanlarında və su sərhəd keçid məntəqələrində sığınacağın təqdim edilməsi ilə bağlı müraciətlərin qəbul olunmasına qərar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR