AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SPECA-ya iştirakçı dövlətlərin Bakıdakı Zirvə görüşü Azərbaycanın böyük beynəlxalq nüfuzunun təsdiqidir

  • + A
  • - A
  • 1-12-2023, 11:01

    SPECA-ya iştirakçı dövlətlərin Bakıdakı Zirvə görüşü


    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 24 noyabr tarixində Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında qeyd etmişdir ki, “bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb.

    SPECA-ya üzv ölkələrində isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”. Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən mühüm beynəlxalq forumda Mərkəzi Asiya ölkələrinin, Gürcüstan, Macarıstan dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi qlobal miqyasda ölkəmizin nüfuzunun artmasının əyani təsdiqi oldu.

    Daşkənd deklarasiyasına əsasən 26 mart 1998-ci ildə Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün BMT Xüsusi Proqramının (SPECA) təsis edilməsi böyük önəm daşıyırdı. Bu mühüm sənədi Mərkəzi Asiya ölkələrinin başçıları, BMT-nin Avropa iqtisadi komissiyasının və Asiya və Sakit okean üçün BMT-nin İqtisadi komissiyasının icraçı katibləri imzalamışlar.

    Sıralarında Azərbaycanı, Özbəkistanı, Qazaxıstanı, Qırğızıstanı, Əfqanıstanı, Tacikistanı, Türkmənistanı birləşdirən SPECA-nın əsas məqsədi iştirakçı dövlətlərin Avropa və Asiya iqtisadiyyatlarına inteqrasiyasına, iqtisadi inkişafa dəstək verilməsindən ibarətdir.

    Mühüm məqam olaraq qeyd etmək lazımdır ki, 13 noyabr 2023-cü il tarixində BMT Baş Assambleyası SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edərək, onun qarşılıqlı anlaşma, iqtisadi əməkdaşlıq və regional inkişafa təkan verən proqram kimi rolunu xüsusilə dəyərləndirmişdir.

    Bakıda keçirilən forumda qarşılıqlı marağa səbəb olan məsələlər və SPECA-ya iştirakçı dövlətlərin əməkdaşlığının inkişafı perspektivləri müzakirə edilmiş, BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilmişdir. Azərbaycan qeyd edilən Fonda 3,5 milyon ABŞ dolları ayıracaq.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR