AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Finlandiya Rusiyanın nüvə yanacağı üçün tranzit ölkə olmağa davam edir

  • + A
  • - A
  • 5-01-2024, 13:25

    Finlandiya Rusiyanın nüvə yanacağı üçün tranzit ölkə olmağa davam edir

    Finlandiya Rusiya nüvə yanacağı üçün tranzit ölkə olaraq qalır.

    Bu barədə TASS-a Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Təşkilatının mətbuat xidmətinin nümayəndəsi Risto İsakson məlumat verib.

    “Nüvə yanacağının özü sanksiyalara məruz qalmır və nüvə yanacağına qarşı sanksiyalar tətbiq olunana qədər tranzitin davam edəcəyini gözləmək olar”, - deyə İsakson bildirib.

    O əlavə edib ki, Rusiya nüvə yanacağının sonuncu göndərilməsi 2023-cü ilin dekabrında baş tutub. 2022-ci ilin noyabrında yanacaq Lappeenrata hava limanından göndərilib. Sonrakı çatdırılmalar Helsinki hava limanı vasitəsilə həyata keçirilib.

    Qeyd olunub ki, Rusiya ilə Avropa arasında hava nəqliyyatının olmaması səbəbindən Finlandiya vasitəsilə tranzit daşıma 2022-ci ilin payızında başlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR