AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT Ukraynadakı müharibədən zərər çəkənlər üçün çağırış edib - UNHCR

  • + A
  • - A
  • 15-01-2024, 23:37

    BMT Ukraynadakı müharibədən zərər çəkənlər üçün çağırış edib -


    Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynadakı müharibədən zərər çəkənlərə və ukraynalı qaçqınlara dəstək üçün bu il 4,2 milyard dollar yardım edilməsinə çağırıb.

    Azadmedia.az TRT-yə istinadla xəbər verir ki, BMT-nin İsveçrənin Cenevrə şəhərindəki ofisində BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən 2024-cü il üçün “Ukrayna regional qaçqın və humanitar cavab planı”nın işə salınması üçün mətbuat konfransı keçirilib.

    Belə ki, iclasda BMT Baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə hallar üzrə koordinator Martin Qriffits və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məruzəçi qismində iştirak ediblər.

    Rusiya ilə Ukrayna arasında müharibənin gələn ay üçüncü ilinə girəcəyini xatırladan Qriffits bu vəziyyətin ölümlərə, ümidsizliyə və qaçqın axınına səbəb olduğunu vurğulayıb.

    Ukraynada 14,6 milyon insanın (əhalinin 40 faizi) yardıma ehtiyacı olduğunu qeyd edən Qriffits "Ukraynada 4 milyon insan ölkə daxilində didərgin düşüb" deyib.

    Qriffits Ukraynada təxminən 3,3 milyon insanın döyüş bölgələrində və bombardman altında yaşadığını ifadə edərək, bunun təəccüblü dərəcədə yüksək rəqəm olduğunu vurğulayıb.

    Qrandi həmçinin "regional qaçqınlara reaksiya planı" çərçivəsində Ukraynaya 1,1 milyard dollarlıq yardım çağırışı başlatdıqlarını və 2,3 milyon qaçqın və onları qəbul edən icmalara çatmağı hədəflədiklərini qeyd edib.

    Qeyd edək ki, BMT Ukrayna regional qaçqın və humanitar cavab planı vasitəsilə bu il 10,8 milyon insanı dəstəkləməyi hədəfləyir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR