Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ciddi itki ilə üzləşib.
"Braqa"nın əsas üzvlərindən olan Bruma "Qarabağ"a qarşı oynaya bilməyəcək.
Belə ki, futbolçu dizindən zədələnib və əməliyyat olunacaq. Oyunçunun ən azı 1 ay yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.
Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk matçı fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.