Böyük Britaniya Kralı III Çarlz bu gün səhər prostat vəzinin müalicəsinin bir hissəsi kimi planlaşdırılan prosedur üçün Londonda xəstəxanaya yerləşdirilib.
Azadmedia.az BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, Buckingham Sarayının məlumatına görə, III Çarlz Uels şahzadəsi Ketrin Middltonun ötən həftə əməliyyat olunduğu xəstəxanada müalicə alacaq.
Belə ki, Böyük Britaniya Kralının xəstəxanada nə qədər qalacağı məlum deyil. “The Daily Mirror” qəzeti III Çarlz sağalanadək onun iştirakı ilə planlaşdırılan bütün kütləvi tədbirlərin təxirə salınacağını yazıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.