Yəmənin Ədən şəhərindən 60 km aralıda husilər gəmiyə hücum ediblər.
Bu barədə Böyük Britaniya Donanmasının Dəniz Ticarət Koordinasiya Mərkəzi UKMTO xəbər yayıb.
Mərkəzin məlumatına görə, raketlər gəmidən 0,5 km və 4 km məsafədə uçub, ekipaj və gəmi xəsarət almayıb.
Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda, Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başlayıblar. Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.