Rusiya AŞPA nümayəndələrini bu ilin martında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət etməyəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinqdə bildirib. O deyib ki, hazırda Rusiya seçkiləri müşahidə etmək üçün xarici ölkələrin nümayəndələrinə, MDB və ŞƏT kimi təşkilatlara dəvətlər göndərir.
M.Zaxarova vurğulayıb ki, Rusiya Avropa Şurasında üzvlükdən imtina edib və bu baxımdan AŞPA nümayəndələrinin müşahidəçi kimi dəvət olunması qəribə görünərdi.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu ilin martında keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.