AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Seçki bülletenində namizədlərin adları bu sıralama ilə YAZILACAQ

  • + A
  • - A
  • 29-01-2024, 10:30



    “Seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaq”.

    Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələbinə əsasən, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə olur və bülletenlər də bu qayda əsas götürülməklə çap olunur:

    R.Qasımov MSK-nın hazırda seçki bülletenlərinin çapını həyata keçirdiyini vurğulayıb.

    Qeyd edək ki, fevralın 7-nə təyin edilmiş Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq.

    Beləliklə, seçki bülletenində namizədlərin ardıcıllığı əlifba sırası ilə yazılacaqsa, onda sıralama aşağıdakı kimi olacaq:

    Əliyev Fuad Ağasi oğlu

    Əliyev İlham Heydər oğlu

    Həsənquliyev Qüdrət Müzəffər oğlu

    Musayev Elşad Nəbi oğlu

    Mustafa Fazil Qəzənfər oğlu

    Nurullayev Razi Qulaməli oğlu

    Oruc Zahid Məhərrəm oğlu


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR