“Rosatom”un rəhbəri Aleksey Lixaçev “Rossiya-24” telekanalına müsahibəsində Ermənistanda atom enerjisinin inkişaf etdirilməsi yollarından danışıb.
Bu barədə "Sputnik Armenia" yazıb.
“Ermənistan maksimum bir il yarım-iki il ərzində öz nüvə enerjisinin gələcək inkişafı formatı barədə qərar verməlidir; Ermənistan çoxdan atom enerjisi klubunun üzvüdür”, - Lixaçov belə deyib.
Qeyd edək ki, Ermənistanda yerləşən və istismar müddətini başa vurmuş Metsamor AES bütün region üçün təhlükə hesab olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.