Martın 1-nə qədər AB ölkələri Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisindən cəmi 600 minini tədarük edə biləcək.
Azadmedia.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
Belə ki, “Sursat istehsalında daimi ləngimələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən AB ölkələri Kiyevə 1 milyon mərmi tədarükü planından xeyli geri qalıb, cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq. Hətta AB müdafiə nazirlərinin bu gün Brüsseldə keçirəcəkləri qeyri-rəsmi görüşdə əlavə təchizat mənbələri tapmağa çalışacaqları gözlənilir. Amma istənilən halda ötən il vəd edilən sayda mərmi Ukraynaya göndərilməyəcək”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.