İran SEPAH-a məxsus “Xeybərşekən” və “Qədr” ballistik raketlərini nümayiş etdirib.
Azadmedia.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Belə ki, nümayiş paytaxt şəhidlərinin anım mərasimində, Azadi İdman Kompleksinin 12 min nəfərlik zalında baş tutub.
Qeyd edək ki, SEPAH ölkə tarixinin ən geniş raket hücumu olan Ərbil və Suriyanın cənubunda həyata keçirdiyi əməliyyatlarda “Xeybərşekən” ballistik raketindən istifadə edib. İran raketlərinin gücü və dəqiqliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.