Ukrayna və Rusiya arasında növbəti məhbus mübadiləsi həyata keçirilib və 207 ukraynalı vətənə qayıdıb.
Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.
Belə ki, “Bizimkilər evdədir. 207 nəfər. Heç nəyə baxmayaraq, qaytarırıq. Hər bir əsir diqqətimizdədir. Hamısını qaytarmalıyıq”, - deyə Zelenski bildirib.
Həmçinin onun sözlərinə görə, proses Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanov, Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Milli Polisin rəhbəri İroq Klimenko və Koordiyasiya Qərargahının katibi Dmitri Usovun möhtəşəm işinin nəticəsidir.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi isə yaydığı məlumatda qarşılıqlı olaraq 195 əsirin qaytarıldığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.