İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (“Mossad”) rəhbəri David Barnea hökumətə HƏMAS hərəkatına 35 israilli girovun azad edilməsi müqabilində 35 günlük atəşkəs təklifini ehtiva edən plan təqdim edib.
Azadmedia.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, mümkün sövdələşmə mərhələli xarakter daşıyır: birinci mərhələdə qadınların, yaşlı insanların, həmçinin xəstələrin və yaralıların azad edilməsi nəzərdə tutulur. Atəşkəs girovların azad edilməsinin ikinci mərhələsi üzrə danışıqlar üçün daha bir həftə uzadıla bilər.
Həmçinin hazırda İsrailin HƏMAS-a təhvil verəcəyi fələstinli məhbusların sayı müəyyənləşdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.