AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda heyvandarlıq məhsullarının istehsalı artmışdır - STATİSTİKA

  • + A
  • - A
  • 1-02-2024, 13:30

    Masallı rayonunda heyvandarlıq məhsullarının istehsalı artmışdır - STATİSTİKA


    Masallı Rayon Statistika İdarəsindən azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, 2023-cü ildə heyvandarlıq bölməsi üzrə diri çəkidə 6377,4 ton ət, 50525,8 ton süd, 59105,0 min ədəd yumurta və 148,8 ton isə yun istehsal edilmişdir. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 0,9 ton, süd istehsalı isə 955,0 ton, yumurta istehsalı 2,0 min ədəd, yun istehsalı isə 0,1 ton artmışdır.

    2024-cü ilin yanvar ayının 01-i vəziyyətinə 74075 baş iribuynuzlu mal-qara (ondan 37460 baş inək və camışlar), 96030 baş qoyun və keçilər, 1340 baş atlar, 3 baş eşşəklər, 532075 baş quşlar, 9799 vahid isə arı ailələri mövcud olmuşdur. Əvvəlki illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 72 baş (0,1 faiz), qoyun və keçilərin sayı 286 baş (0,3 faiz), quşların sayı isə 1924 baş (0,4 faiz) artmış, atların sayı 21 baş (1,5 faiz), eşşəklərin sayı isə 3 baş ( 50,0 faiz) azalmışdır.

    Rayon ərazisində fəaliyyət göstərən 6 süni mayalandırma məntəqələrində 2023-cü ildə süni mayalandırılmış 2473 baş inək, camış və düyələrdən 2096 baş bala alınmışdır. Süni mayalanmadan alınan balaların sayı əvvəlki ildən 101 baş və ya 4,6 faiz azdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR